Bakıdan İrana təyyarə reyslərinin artırılması müzakirə olundu

Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə görüşüb.
Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib.
İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə həmçinin, Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsünün tikintisinin, Kəlalə-Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Prezidentinin (və ya iki ölkə Prezidentlərinin) tapşırığına uyğun olaraq Bakı-Tehran-Bakı, Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcüd məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində həmçinin, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin - Qız Qalası, Ordubad - Marazad layihələrinə dair, həmçinin, elektrik enerjisi mübadiləsi, su ehtiyyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












