Bakıdan Xankəndinə velosiped yürüşü təşkil olunacaq - FOTO - VİDEO

Mayın 10-14-də Azərbaycanda beynəlxalq velosiped yarışı keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Bakı-Xankəndi marşrutu üzrə təşkil olunacaq yarış 5 mərhələdən ibarət olacaq. Yarışın ilk mərhələsi mayın 10-da paytaxt Bakıda baş tutacaq.
Məlumata görə, veloyürüş səhər saat 09:20-də "Sea Breeze" ərazisindən start götürəcək. İştirakçılar paytaxtın bir sıra mərkəzi küçə və prospektlərindən keçərək Sumqayıt istiqamətində hərəkət edəcəklər. Birinci mərhələnin saat 13:30 radələrində Sumqayıtda yekunlaşacağı bildirilir.
Yarışın Bakıda keçiriləcək ilk mərhələsi ilə əlaqədar iştirakçıların hərəkət trayektoriyası boyunca bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir. Bu səbəbdən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bildirilib ki, yarışın növbəti mərhələləri regionlarda təşkil ediləcək və velosipedçilər müxtəlif şəhər və rayonlardan keçərək Xankəndiyə doğru hərəkət edəcəklər. Beynəlxalq yarışda müxtəlif ölkələrdən peşəkar idmançıların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Xankəndi beynəlxalq veloyürüşü ölkədə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və Azərbaycanın idman turizmi potensialının tanıdılması baxımından mühüm tədbirlərdən biri hesab olunur.
Eltac
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












