Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO

Bakının 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. Bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib.
Hazırda proqram çərçivəsində 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə təmir işləri mərhələli şəkildə aparılacaq.
Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi də təsadüfi deyil. Təhsil müəssisələrində tətil dövrünün olması, eləcə də vətəndaşların əhəmiyyətli hissəsinin məhz bu aylarda məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır.
Bu isə həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və paytaxt sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat təmin edilməsidir.





Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












