Bakının bəxti açılmayan ESKALATORLARI – Cavabdeh qurum dəfələrlə qaldırılan problemi niyə HƏLL etmir? – VİDEO

Dəfələrlə gündəmə gətirilən məsələlərdən biri də şəhərin mərkəzində, xüsusilə isə Heydər Əliyev sarayının qarşısındakı keçidlərdəki eskalatorların işləməməsidir.
Qeyd edək ki, Mərkəzi Bank istiqamətindən Heydər Əliyev Sarayının qarşısındakı əraziyə çıxmaq üçün istifadə olunan keçidin eskalatorlarının ikisi-aşağı enən, digər tərəfdə isə yuxarıya qalxan eskalator xeyli müddətdir ki, çalışmır.
Sarayın yaxınlığında olan (Bülbül prospekti 33) yeraltı keçiddəki eskalatorlar isə 2 ilə yaxındır ki, işləmir.
Keçidin üçüncü çıxışında adi pilləkən var və istifadəçilərin çoxu o pilləkənlərdən istifadə edir. Bunun da səbəbi çalışmayan eskalatorla yuxarıya qalxmağın, eləcə də aşağı düşməyin çətinlik yaratmasıdır. Vətəndaşların haqlı narazılığına səbəb olan problem isə aylardır aidiyyəti qurumlar tərəfindən görməzlikdən gəlinir.
Bizim.Media iki ilə yaxındır ki, məsələni ictimailəşdirsə də, problem həllini tapmır. Daha doğrusu məsələ mediada işıqlandırılan kimi sözügedən ünvandakı eskalatorlardan biri işə düşür, amma bu “fəaliyyət” çox çəkmir. Məsələ unudulan kimi, yenə də “köhnə hamam, köhnə tas...”
Nəzərə almaq lazımdır ki, Heydər Əliyev Sarayı, Qış Parkı və Mərkəzi Banka çıxan bu keçidlərdən istifadə daha intensivdir.
Hər dəfə olduğu kimi bu dəfə də məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlanb. Amma qurumdan heç bir cavab almaq mümkün olmayıb.
Ümid edirik, məsələ növbəti dəfə ictimailəşdirməyimizə ehtiyac qalmadan həllini tapar.
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












