Bakının mərkəzindəki yolda təmir işləri niyə DAYANDIRILIB?

Nərimanov rayonunda yol təmiri ilə bağlı aparılan işlərin uzun müddətdir yekunlaşdırılmaması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Albert Aqarunov küçəsində yol təmiri ilə bağlı işlər ya ləng aparılır, ya da ümumiyyətlə, müəyyən müddətlərdə dayanır.
"Azərbaycan İqtisad Universitetinin yaxınlığındakı ərazidə də yol gah açılır, gah bağlanır. Bu vəziyyət nəqliyyatın hərəkətinə ciddi çətinlik yaradır. Hazırda metronun "Gənclik" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən sürücülər əsasən Fətəli Xan Xoyski prospektindən istifadə etməli olurlar. Nəticədə həmin istiqamətdə ciddi sıxlıq yaranır. Təxminən 2 kilometrlik məsafəni keçmək üçün 30 dəqiqəyə qədər vaxt itirməli oluruq", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən ərazidə işlərə texniki fasilə verildiyini bildirib:
"Metronun "Koroğlu" stansiyasında Həsən Əliyev küçəsi istiqamətində həyata keçirilən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər Dövlət Proqramı" çərçivəsində icra olunan iri yol infrastrukturu layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində uzunluğu təxminən 4 kilometr olan yeni avtomobil yolunun, həmçinin 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub. İşlər təsdiq edilmiş layihə və tikinti qrafikinə uyğun mərhələli şəkildə həyata keçirilir.
Hazırda ictimaiyyətin diqqətini çəkən ərazidə texniki fasilə verilib. Bu, layihənin dayandırılması və ya icrasında hər hansı gecikmənin olması anlamına gəlmir. Belə iri infrastruktur layihələrində tikinti prosesinin ayrı-ayrı sahələr üzrə mərhələli təşkili, texnoloji ardıcıllığın qorunması, mühəndis-kommunikasiya xətlərinin köçürülməsi və digər texniki zərurətlər səbəbindən müəyyən hissələrdə müvəqqəti fasilələrin yaranması normal təcrübədir.
Layihənin digər hissələrində tikinti-quraşdırma işləri qrafikə uyğun şəkildə davam etdirilir və ümumi icra prosesində hər hansı yubanma yoxdur. Yaxın müddətdə qeyd olunan ərazidə də işlərin növbəti mərhələsinə başlanılması nəzərdə tutulur.
Bir daha bildiririk ki, layihə təsdiq olunmuş iş qrafikinə uyğun icra edilir və nəzərdə tutulan müddətlər çərçivəsində davam etdirilir".
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












