Bakı–Şamaxı-Yevlax yolunda buzlaşma - FOTOLAR

Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub.
Bakı–Şamaxı–Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı–Lahıc və Muğanlı–İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.
***
Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.




Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












