Bakıya qar yağır - Faktiki hava

Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə qar yağır, bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır.
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 %-i), Astarada 69 (aylıq normanın 70 %-i), Cəlilabadda 49 (aylıq normanın 77 %-i), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənir.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan MR-da 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










