"Bank kartlarına müdaxilə varsa..." - DİN-dən xəbərdarlıq

"Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin.
Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın", - deyə məlumatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












