Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı müraciət - VİDEO

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının “drop” kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluq bu hallarla bağlı vətəndaşlara müraciət edib.
Prokurorluq xatırladır ki, kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparılarsa bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır:
Hörmətli vətəndaşlar, bunları unutmayın:
- Kart məlumatları gizli saxlanmalıdır.
- Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.
- Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri tələlərə aldanmayın.
Müraciətdə qeyd edilir ki, bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir: “Hər birinizdən xahiş edirik özünüzü, kartınızı, maliyyə təhlükəsizliyinizi qoruyun! Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanları ilə və ya bankınızla əlaqə saxlayın”.
Təhlükəsizlik hamımızın məsuliyyətidir!
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO










