Başına parik taxıb cinayət törədən şəxs ələ keçdi - VİDEO

Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs saxlanılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub.
Ərşad Səfərovun zərərçəkənlərə ümumilikdə 15 000 manatdan çox maddi ziyan vurduğu müəyyənləşdirilib.
Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə edib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












