Bayden administrasiyası hava limanlarını qanunsuz miqrantları yerləşdirməyə məcbur etdi

ABŞ-nin keçmiş prezidenti (2021-2025) Co Baydenin administrasiyası ölkənin bir çox hava limanlarını sənədsiz miqrantları terminallarda yerləşdirməyə məcbur edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Senatının Ticarət Komitəsinin 47 səhifəlik hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyası hava limanlarının rəhbərliyinə, ABŞ Nəqliyyat Departamentinə və Federal Aviasiya Administrasiyasına qeyri-qanuni mühacirləri terminallarda yerləşdirmək üçün təzyiq göstərib.
Hesabatda Boston, Nyu-York və Çikaqo da daxil olmaqla ən azı 11 hava limanından bəhs edilir.
Bildirilib ki, aeroportların əməkdaşları belə vəziyyətdən dəfələrlə narahat olublar. Məsələn, Bostonun Loqan Hava Limanı bir dəfə nəqliyyat, sərnişinlərin təhlükəsizliyi və təmizlik də daxil olmaqla 352 miqrantı qəbul etmək üçün 779 min dollar xərcləyib.
Hesabatda, həmçinin miqrantların uçuş-enmə zolaqlarına çıxması halları, oğurluq və iğtişaşlar da daxil olmaqla sənədsiz mühacirlərin fəaliyyətləri barədə də məlumat qeyd edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












