Bayram Beqay İlham Əliyevə zəng etdi

Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Avtosfer.az xəbər verir ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlətimizin başçısını təbrik edib.
O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.
Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












