Bayram günlərində BBAK gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, kompleksdə sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri avtovağzalın kassalarından, həmçinin, http://“biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla, 394 nəqliyyat vasitəsi qoşulub.
Xatırladaq ki, Bakıdan bölgələrə böyük sərnişin axını nəzərə alınaraq reyslərin vaxtında yola düşməsi, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda, biletlər artıq növbəti reys üçün təqdim olunur. Bu qayda http://“biletim.az” portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil edilir.

Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












