Bayramov pakistanlı həmkarı ilə müzakirələr apardı

22 iyun 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki. görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












