BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) səfər edən sərnişinlərə metroda tətbiq olunacaq dəyişikliklərlə bağlı xəbərdarlıq edilib.
Avtosfer.az-ın məlumatına görə, bildirilib ki, 15 avqust 2026-cı il tarixindən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq.
İki stansiya arasında birbaşa metro əlaqəsinin olmayacağı nəzərə alınaraq, sərnişinlərin daşınması üçün yerüstü nəqliyyatda əlavə tədbirlər görüləcək.
Belə ki, AYNA tərəfindən əlavə ekspres avtobus marşrutlarının yaradılması və mövcud marşrutların gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldıqdan sonra müxtəlif istiqamətlər üzrə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. Eyni zamanda, bir sıra mövcud marşrutlarda avtobusların sayı artırılacaq.
Sərnişinlərdən BBAK-a səfərlərini planlaşdırarkən metroda tətbiq olunacaq dəyişiklikləri nəzərə almaları və avtovağzala çatma vaxtlarını buna uyğun tənzimləmələri xahiş olunur.

Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












