BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət şirkəti "DP World" BƏƏ-nin şərqində Hörmüz boğazından yan keçməklə neft və digər malların daşınması üçün yeni çoxfunksiyalı liman və konteyner terminalı inşa edəcək.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə "The Financial Times" (FT) şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fuceyra sahil zonasındakı yeni infrastruktur əmirliyin flaqman mərkəzi olan Cəbəl-Əlidən asılılığını azaldacaq. ABŞ-İran münaqişəsinin kəskinləşməsindən sonra regionun ən böyük konteyner limanı olan Cəbəl-Əlidə fəallıq 90-95 % azalıb. Bu, "DP World"ü beynəlxalq tərəfdaşlarını təchiz etmək üçün alternativlər axtarmağa sövq edib.
"Bizim öz planımız var və "DP World"nin nöqtey-nəzərindən şərq sahilindəki imkanları fəal araşdırırıq. Bu, nəyinsə düz getməyəcəyi təqdirdə, bir növ sığorta tədbiridir", - şirkət bildirib.
Yeni layihə "DP World"ün Oman körfəzindəki mövcudluğunu genişləndirəcək və konteynerlərin Hörmüz boğazından keçmədən ölkəyə daxil olub-çıxmasına imkan verəcək, bundan sonra onlar yük maşını ilə quru yolu ilə Dubay, Əbu-Dabi və qonşu Körfəz ölkələrinə daşınacaq.
Şirkət nümayəndəsi layihənin hələ yekunlaşdırılmadığını və BƏƏ hakimiyyəti ilə danışıqların davam etdiyini açıqlayıb. Lakin, yekun təsdiq alınsa, onun həyata keçirilməsi ilyarımdan çox çəkməyəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












