BƏƏ-nin hava məkanı daha bir həftə bağlı qalacaq

Birləşmiş Ərəb Əmirlikləri hava məkanının qismən bağlanmasını bir həftə müddətinə uzadıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunması xidmətindəki mənbə bildirib.
Qeyd edilib ki, BƏƏ hava məkanı martın 30-u bazar ertəsi günü beynəlxalq vaxtla (UT) saat 12:00-dək (Bakı vaxtı ilə saat 16:00) qismən bağlı qalacaq.
Yerli hava limanlarına uçuşlar üçün altı marşrut müəyyən edilib. Ekipajlara hava nəqliyyatının idarəolunması xidmətlərindən gələn əməliyyat məlumatlarını izləmək tapşırılıb.
Xatırladaq ki, ölkənin hava məkanında uçuş məhdudiyyətləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilib.
Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












