Belçikada Bakı Bəyannaməsi müzakirəyə çıxarıldı - RƏSMİ - FOTO

Xəbər verdiyimiz kimi, Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir. Konfransda 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çərçivəsində keçirilmiş “Yaşıl
Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı yüksək səviyyəli tədbirin Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü qeyd edib. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüslər üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini bildirib.
İclasda çıxış edən ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakıda keçirilən tədbiri yüksək qiymətləndirərək bu təşəbbüsün ekoloji dəyərlərin gömrük vasitəsi ilə təşviqi baxımından mühüm addım olduğunu qeyd edib. Müzakirələr zamanı Avropa İttifaqının nümayəndəsi bütün üzv ölkələr adından, eləcə də Türkiyə, Qazaxıstan, Gürcüstan, Avstriya, Almaniya, Rusiya, Tacikistan, Ukrayna, Belçika və Türkmənistan nümayəndələri öz rəsmi çıxışlarında
Bakı Bəyannaməsinə tam dəstək ifadə ediblər. Qeyd olunub ki, Bakı Bəyannaməsi gömrük orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə rolu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin məhdudlaşdırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji baxımdan dayanıqlı ticarətin təşviqi kimi əsas prioritetləri əhatə edir. Sonda, sənədin
ÜGT-nin 2025-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsi və ÜGT sənədi kimi rəsmi qəbul olunması ilə bağlı razılığa gəlindi.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO













