"Bəniz" ev dustaqlığına buraxılmadı

"Bəniz" ləqəbli məşhur tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasında dəqiqləşdirilməyən anket məlumatları müəyyənləşdikdən sonra cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib. Məhkəmə vəsatəti əsassız hesab etdiyindən təmin etməyib.
Növbəti proses iyunun 17-nə təyin edilib.
Daha sonra prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Qeyd edək ki, "Bəniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.Onun barəsində Suraxani rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












