"Beniz"ə ittiham elan edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.
A. Xəlilova ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyib.
"İstintaq müddətində müstəntiq məni dinləmədi. Ev mənim öz aldığım evdir. O insan Bakıda almağı təklif etdi, o səbəbdən işinə görə köçməli olduq. Bizim aramızda şantaj və hədə deyilən heç nə olmayıb. Üzümə şahid kimi durdurulan İbadulla və Şöhrətin verdikləri ifadədən belə xəbəri yoxdur, bunlar təzyiqlə alınan ifadələr olublar. Dəfələrlə məndən də işgəncə və zorakılıqla ifadə almağa çalışıblar.Biz oktyabrda ayrılmışıq, noyabrda məndən şikayət edib. Onun məni şantaj etməsinə heç bir əsas olmayıb. Bütün bunları ona təzyiqlə elətdiriblər. Mən ona hədə-qorxu ilə heç nə aldırmamışam, özəl günlərimdə özünün mənə aldığı hədiyyələr olub".
Növbəti proses 18 noyabra təyin edilib.
Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.(unikal)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












