"Beniz"in cinayət işinin istintaqını aparan müstəntiq vəzifəsindən azad edildi

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın ("Beniz") cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkən kimi tanınan və hazırda Türkiyədə onkoloji xəstəliyi ilə bağlı müalicədə olan iş adamı Xalid Kərimovun prosesdə onlayn ifadəsi dinlənilib. Ötən proseslərdə zərərçəkənin ifadəsi eyni formatda dinlənilsə də, dövlət ittihamçısı bu ifadəni zərərçəkənin hansı şəraitdə verməsinə əmin olmadığını bildirərək bunu məhkəmə üçün sübut kimi qiymətləndirməyib və ondan növbəti ifadənin alınması ilə bağlı bir sıra tələblər irəli sürüb.
Xalid Kərimov isə növbəti dəfə prosesə Türkiyənin İstanbul şəhərindəki polisin inzibati binasından canlı bağlantı vasitəsilə qoşularaq prokurorun tələblərinə uyğun ifadəsini verib.
Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və polisə bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını deyib.
Zərərçəkən iş adamı ittihamdakı Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması faktını təkzib edərək, bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib. O, ifadəsi zamanı, həmçinin bildirib ki, Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddia tələbi də yoxdur və buna görə A.Xəlilovadan onu bağışlamasını istəyib.
Zərərçəkənin budəfəki ifadəsi məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirilib.
Fevralın 17-də keçirilməsi nəzərdə tutulan növbəti proses zərərçəkənə veriləcək suallarlə işini davam etdirəcək.
Qeyd edək ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 500 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, zərərçəkən və təqsirləndirilənin yaxınlarının təqdim etdikləri sübutlar və şikayəti əsasında sözügedən cinayət işinin ibtidai istintaqını həyata keçirən Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovla bağlı xidməti yoxlamalar aparılıb. O, tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq











