"Beniz"in məhkəməsi keçirildi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda dövlət ittihamçısının dəyişdirildiyi elan edilib.
Belə ki, prosesə yeni dövlət ittihamçısı Babaxan Həsənəliyev qoşulub.
Bundan əlavə, zərərçəkmiş şəxsin vəkili Mirdamət Qədirli tərkibə etiraz etməsi ilə bağlı məhkəməyə ərizə yollayıb.
Məhkəmə qısa müşavirədən sonra müraciətin əsassız olması səbəbindən təmin olmadığını elan edib.
Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçildiyi bildirilib.
Sənədlərdə zərərçəkənlə təqsirləndirilənin üzləşdirilməsi məqamı qeyd olunanda təqsirləndirilən Aybəniz Xəlilova üzləşdirilmənin olmadığını bildirib: "Xalid həmin gün gəlib "Yaxşı elədim, əcəb elədim" - deyərək çıxıb gedib.Təqsirləndirilən A.Xəlilova sənəddə qeyd olunan başqa bir neçə məqamla razılaşmadığını məhkəməyə bildirib.
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar./unikal
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












