Bərdədə pendir sexində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Seyid Yusifli kəndində Sahib Müzəffər oğlu Qasımova məxsus pendir sexində plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin südün bişirilmə sahəsinin döşəməsinin təmirsiz olduğu, təmizlik işlərinin həyata keçirilmədiyi, südün bişirilməsi sahəsindən mayalanma sahəsinə daşınmasında istifadə edilən boruların tələblərə uyğun olmadığı, alət və avadanlıqların, eləcə də qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi məlum olub.
Müəssisədən yaxma nümunələri götürülüb, mayalanma çənində uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. İcrası məcburi göstərişlər verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














