Beştərəfli Komissiya yaradılır - İlk iclas Azərbaycanda olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri zamanı 9 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Avaza Milli Turizm Zonasında keçirilmiş Xəzər Ekoloji Sammitində iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbirin nəticəsi olaraq, Xəzər Ekoloji Sammitinin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarı imzalanıb.
Qərarda Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın prezidentlərinin Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı problemlərin həlli üçün beştərəfli əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə aşağıdakılara dair qərar qəbul etdikləri bildirilir:
- Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkmənistanın hökumət başçılarının müavinləri, İran İslam Respublikasının və Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsi.
- Komissiyanın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin müəyyənləşdirilməsini, habelə onun dayazlaşmasının yaratdığı mənfi proseslərə qarşı mübarizə üzrə razılaşdırılmış kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir.
- Komissiya tərəfindən öz fəaliyyətinin təmin edilməsi məqsədilə Xəzəryanı ölkələrin dövlət qurumlarının nümayəndələrinin, ekspertlərinin və mütəxəssislərinin də daxil olduğu zəruri ixtisaslaşmış İşçi qruplarının yaradılması.
- Hökumətlər tərəfindən üç ay müddətində sözügedən Komissiyada dövlətləri təmsil edəcək səlahiyyətli nümayəndələrin müəyyən edilməsi. Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycan Respublikasında keçirilməsi və onun reqlamentinin təsdiq edilməsi.
- Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçirilməsi.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. 29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












