Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Bu iş üzrə 5 nəfər-Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov, tanışları-Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilir. Onlardan yalnız Ceyhun Əşrəfov azadlıqdadır.
Fotoda: Ceyhun Əşrəfov
.jpg)
Həbsdə olan müttəhimlərin müdafiəçilərinin ilk vəsatəti də qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Müdafiəçilər deyiblər ki, müvəkkilləri ev dustaqlığına buraxılsalar, dəymiş ziyanın ödənilməsi daha rahat olar.
Bununla bağlı ilk vəsatəti Seymur Məhərrəmovun vəkili Şaiq Mirzəyev qaldırıb. Vəkil deyib ki, 4 milyon manatlıq ziyanın cəmi 200 min manatı müvəkkilinə aiddir. Həmin məbləği də digər müttəhim Zaur Qurbanova verib. Bununla belə müdafiəçi pulun zərərçəkmişə qaytarılmasında maraqlı olduqlarını bildirib.
Şaiq Mirzəyev çıxışının davamında müvəkkilinin saxlanma şəraitindən də şikayət edərək, “Bakı İstintaq Təcridxanasında 2500 nəfər üçün nəzərdə tutulmuş yerdə 5000-dən artıq dustaq saxlanılır”, - deyib.
Fotoda: Quvat Beybutov
.jpg)
Zərərçəkmiş şəxs və prokuror isə Seymurun həbsdən azad edilməsinə qarşı çıxıb. Prokuror Elvin Mirzəyev bu vəsatətə daha sərt münasibət bildirib: “Cinayət işi üzrə ondan başqa daha 4 nəfər mühakimə edilir. Həmin adamların burada oturmasının səbəbkarı birbaşa Seymurdur. Hə, əgər ziyan ödənsəydi, mən özüm də deyərdim ki, ev dustaqlığına buraxılmalarına razıyam. İndiki halda isə vəsatətlə qətiyyən razı deyiləm. Həsab edirəm ki, həbsinin davamına qərar verilməlidir”.
İttihamçının bu mövqeyindən sonra Seymurun vəkili prokuroru cinayət işini oxumamaqda ittiham edib. Prosesə sədrlik edən hakim Zaur Hacıyev mübahisənin genişlənməsinin qarşısını alaraq tərəfləri bir-birinə atmaca atmaqdan çəkinməyə çağırıb, məhkəmədə hüquq dərsi keçməyin də yersiz olduğunu xatırladıb.
Prosesin davamında digər təqsirləndirilən şəxslərin də ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər verilib. Zərərçəkmiş və ittiham tərəfi yalnız təqsirləndirilən Cavid Hüseynlinin həbsdən azad edilməsinə etiraz etməyib. Prokuror bunun səbəbini Hüseynlinin dəymiş ziyanın əksər hissəsini-927 min manatı ödəməsi ilə əsaslandırıb: “Cavid əvvəllər də eyni tərkibli cinayətlə bağlı məhkum edilib. Elə ona görə bilir ki, ziyanı ödəmək lazımdır. Belə desək, hüquqi cəhətdən maariflənib. Digərlərinə gəlincə, heç biri işləmir. Həbs edilməzdən əvvəl vaxtları olsa da, ödəniş etməyiblər. Bu insanların zərərçəkmişə borcları var, qaytarmalıdırlar”.
.jpg)
Vəkil Şaiq Mirzəyev replika hüququndan istifadə edərək prokurora bunları deyib: “Bəli, cənab prokuror tam razıyam, bu adamların borcu var. Borca görə isə adam tutmurlar”.
Bunun ardınca məhkəmə qərarını açıqlayıb.
Qərara əsasən, Cavid Hüseynli ev dustaqlığına buraxılıb. O, məhkəmə zalından dərhal azad edilib. Ziyanın bir hissəsini ödədiyi üçün əvvəldən həbs edilməyən Ceyhun Əşrəfovla bağlı da qərar dəyişməyib. Digərlərinin ev dustaqlığına buraxılması haqda vəsatətlər isə rədd edilib.
Əsas iclas dekabrın 25-nə təyin edilib. Həmin gün ittiham aktı elan ediləcək.
Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İtthama görə, təqsirləndirilən şəxslər Quvat Beybutov üçün Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alacaqlarına vəd veriblər. Bu işin həlli üçün ondan 4 milyon 19 min manat pul alıblar. Prokurorluq ziyanın 1 milyon 442 min manatını Ceyhun Əşrəfov və Cavid Hüseynliyə ödətdirib.
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










