Beyləqanda daha bir küçə asfaltlandı - FOTO

Beyləqanda daha bir küçədə asfaltlanma işləri yekunlaşıb.
Bu barədə Avtosfer.az-a Beyləqan Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və vətəndaşların rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının bölgələrin inkişafına dair tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan rayonunda da abadlıq, quruculuq və infrastruktur layihələrinin icrası davam etdirilir.
Rayon mərkəzində aparılan işlər çərçivəsində Beyləqan şəhəri Mirzə Fətəli Axundov küçəsində asfaltlanma prosesi uğurla yekunlaşdırılıb. Layihə çərçivəsində küçəboyu köhnə asfalt örtüyü tam yenilənib, səth bərpa edilərək müasir tələblərə uyğun yeni asfalt qatı salınıb. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha təhlükəsiz və rahat mühit yaradılıb.







Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












