Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana gətirildi - TƏFƏRRÜAT - FOTO

Ölkə vətəndaşları Əbdül Ruslam oğlu Musayev və Rüstəm Əhməd oğlu Hüseynovun ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Proses "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əbdül Ruslam oğlu Musayevin, Bakı şəhərinin Pirallahı Rayon Prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Rüstəm Əhməd oğlu Hüseynovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən onların barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Bildirilib ki, hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Əbdül Ruslam oğlu Musayev

Məlumata görə, Əbdül Ruslam oğlu Musayev 02.04.1997-ci ildə anadan olub, Qax rayon sakinidir. Onun barəsində Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib və həbs qətimkan tədbiri qərarı elan olunub. Daha sonra o, İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.
Digər şəxsin əməlləri barədə ətraflı məlumat yoxdur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












