Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda çimiblər - YENİLƏNİB

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcər rayonunda İstisunu ziyarət ediblər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, səfər zamanı iştirakçılar bölgənin təbii sərvətləri, xüsusilə də şəfalı xüsusiyyətləri ilə tanınan İstisu mineral bulaqları ilə tanış olublar.
İştirakçıların xüsusi təsir bağışlayan bulaqların şəfalı sularında şəxsən çimmək imkanı olub.
***
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar.
Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ötən gün Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyyah Çarlz Vili rəhbərlik edir.
Üç gün ərzində iştirakçılar Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.
Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












