Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır

"Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsi ilə Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb. Həmin müddətdə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, nəqliyyat dəhlizlərinə gəldikdə, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9207,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4595,0 min ton olub.
"İlin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faiz artım qeydə alınıb. Region üçün vacib nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi ilə daşınan yüklərin həcmi isə 10 faiz artıb. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi Azərbaycan üzərindən daşınan yüklərin həcmindəki artım dövlət gəlirlərimizi çoxatmaqla yanaşı, ölkəmizin geo-iqtisadi mövqeyini daha da gücləndirib.
Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsindən sonra isə Azərbaycan üzərindən daşınan yüklərinin həcmində daha yüksək artımlar gözlənilir. Yeni düzən kontekstində, beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri neft-qaz sektorunda aparıcı istiqamətlərdən birinə çevrilməkdədir".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












