Biləcəri qəsəbəsində şəhid Amin Qəfərli küçəsinin təmiri yekunlaşmaq üzrədir - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsində şəhid Amin Qəfərlinin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, küçənin uzunluğu 1250 metr, hərəkət hissəsinin eni ortalama 6 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Biləcəri qəsəbəsində Yaşar Sadıqov və Tomris küçələri, 1 May yaşayış massivi 3-cü döngə, Məhəmməd Füzuli küçəsi 1-ci döngə və X.Məlikaslanov küçəsi 3-cü döngə üzrə nəzərdə tutulan təmir işləri artıq icra olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO




















