Biləsuvar yolundakı dayanacaqda təhlükə - FOTO

Biləsuvar-Bəhramtəpə avtomobil yolunda yerləşən avtobus dayanacaqlarında təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Yurd.Media-ya rayon sakinləri məlumat verib.
Onlar bildirib ki, problem daha çox Biləsuvarın Nəsimikənd və Günəşli kəndlərində yerləşən dayanacaqlarda müşahidə olunur.
Belə ki, sərnişinlərin avtobus və ya taksi gözləməsi üçün nəzərdə tutulan dayanacaqların fasadı qoparaq yerə tökülür: “Sağ olsunlar, bu dayanacaqları yaradıblar. Amma belə görünür ki, tikinti işləri keyfiyyətsiz aparılıb. Fasad hissədə yerləşən aqlaylar qoparaq yerə tökülür. İsti havadır, hamı maşın gözləmək üçün özünü dayanacağa verir. Allah eləməmiş bir bədbəxt hadisə olsa, kim cavab verəcək!?”
Vətəndaşlar problemin tezliklə həll olunmasına ümid edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə bağlı bildirilib ki, Biləsuvar rayonunda quraşdırılmış dayanacaqdan qopmuş üzlük daşları ərazidən yığışdırılıb və yeniləri sifariş edilib:
“Qeyd etdiyiniz hadisə ötən gün yol üzərində yerləşən dayanacaqlardan birində baş verib. Yeni üzlük daşların sifarişi artıq verilib və yaxın günlərdə sözügedən sahədə bərpa işlərinin aparılması planlaşdırılır.
Bununla yanaşı, yol üzərində yerləşən digər 27 dayanacaqda da tərəfimizdən monitorinqlər həyata keçirilib”.
Qeyd edək ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu 2020-ci ilin sentyabr ayında yenidən qurulub və zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












