Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gənc həbs olundu

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib.
Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə İsraildə yaşayan 2009-cu il təvəllüdlü Amaliya (şərti) ilə sosial şəbəkə vasitəsilə tanış olub. 2024-cü ildə yeniyetmə qız valideyni ilə qohumlarına baş çəkmək üçün Gəncəyə gedib. Bu ərəfədə Ş.Məmmədovla Amaliya şəhər ərazisində görüşüblər. 20 yaşlı gənc onu taksi ilə yaşadığı binanın qarşısına gətirib və birlikdə çoxmərtəbəli binanın damına çıxıblar. Burada gənc oğlan yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.
Yeniyetmə evə qayıtdıqdan sonra anası baş verənləri öyrənib və polisə şikayət edib.
Faktla bağlı açılan cinayət işinin materialları Gəncə Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Ş.Məmmədov 2 il müddətinə həbs edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












