“Binəqədi-Park” MMC-dən şikayət: Pul ödənilib, bina tikilmir - VİDEO

Mənzil almaq ümidi ilə on minlərlə manat ödəsələr də tikinti aparılmır.
Zərərçəkmişlərin iddiasına görə, müxtəlif vaxtlarda ''Binəqədi-Park'' MMC-yə pul ödəyiblər ki, Binəqədi-Novxanı yolunda tikiləcək apartman tipli binadan mənzil sahibi olacaqlar. Onlara deyirlər ki, müqavilədə tez bir zamanda binanın tikilib təhvil veriləcəyi ilə bağlı bənd də var. Amma şirkət müqavilə bağlayıb, vətəndaşlardan külli miqdarda pul alsa da tikintini aparmır.
Tikintinin dayanması ilə vətəndaşlar şirkət rəhbərliyinə müraciət ediblər. Zərərçəkmişlərin dediyinə görə, direktor Nazim və icraçı direktor Elvin Kazımov onlara tikintinin yaxın günlərdə davam etdiriləcəyini bildiriblər. Sakinlər isə bu vədlərin dəfələrlə təkrarlandığını və nəticədə gözləntilərinin doğrulmadığını deyirlər.
''Xəzər Xəbər'' olaraq şirkətin mövqeyini öyrənmək üçün ''Binəqədi- Park'' MMC-nin ofisinə də getdik. Qapını döydük, lakin ofisin bağlı olduğu məlum oldu. Şirkətin nümayəndələri ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı. Zərərçəkmişlər deyirlər ki, şirkət onlara dəymiş zərəri geri qaytarmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












