Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO

Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində hərəkətin təşkili dəyişdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan araşdırmaların nəticələrinə əsasən, Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında yaranan nəqliyyat sıxlığının azaldılması üçün hərəkətin təşkilində dəyişikliklər ediləcək.
Dəyişikliklər çərçivəsində həmin ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək.
Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq.
Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq.
Dəyişikliklərin nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkətinə imkan verəcəyi bildirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












