Binəqədidə yerüstü piyada keçidi uzun müddətdir işləmir: "Həyatımızı riskə atmalı oluruq"
Xəbərlər
21 Oktyabr 2026 16:06

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən yerüstü piyada keçidinin nasaz vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, hərəkətin intensiv olduğu yolda tikilən keçiddə yaranan problem altı aydan çoxdur ki, aradan qaldırılmır.
"Altı aydır keçidin gah bir, gah da digər tərəfindəki lift və eskalatorlar təmir edilsə də, problem tam aradan qaldırılmayıb. Keçidin bir tərəfində ya qalxan, ya da enən mexanizm işləmir. Məcburuq ki, yolu avtomobillərin arası ilə keçək, çünki qalxıb-düşmək olmur. Yaşlı insanlar və uşaqlar üçün böyük təhlükə yaranır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Oxunub : 546
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
11 Noyabr 2026 18:32
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
11 Noyabr 2026 18:18
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
ŞƏRH YAZ












