Bir ailədən 3 müəllim imtahanda yüksək nəticə göstərdi - FOTO

Üç gündür ki, başlayan və müəllimlərin həyəcanına səbəb olan sertifikatlaşdırma imtahanı davam edir.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan müəllimi” imtahanlarda yüksək nəticə əldə edən bir ailənin üzvləri olan müəllimlərlə həmsöhbət olub.
Ailənin hər 3 üzvü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb.

Aygül Əliyeva Ağcabədi rayonu Şahsevən kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. 2020-ci ildə təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında 51 bal toplayıb: “Sertifikatlaşdırma imtahanında isə 56 bal toplamışam. Ailəmizdən 3 nəfərin yüksək nəticə göstərməyi bizim üçün hədsiz sevindirici haldır. Uğurumuzu ilk növbədə çalışmağımıza borcluyuq. Əzmlə çalışan hər bir insan yaxşı nəticə əldə edir. Məncə, bu prosesin yalnız yaxşı tərəfləri var. Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına töhfə verir, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlib. Bu həm də müəllimləri motivasiya edir, onların əməkhaqlarında əhəmiyyətli artımlar olur. Buna görə də prosesdə iştirak etməyim və yaxşı nəticə əldə etməyim məni yalnız sevindirir”.
Anar Əliyev də həyat yoldaşı Aygül xanım kimi imtahanı 56 balla yekunlaşdırıb. O, ilk əmək fəaliyyətinə 2019-cu ildə Ağdam rayonu 114 nömrəli ümumi orta məktəbdə başlayıb. 2023-cü ildə yenidən MİQ imtahanında iştirak edərək Ağcabədi rayonu Təzəkənd kənd V.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi təyin edilib və hazırda adıçəkilən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir:
.jpg)
“Sertikatlaşdırma imtahanında ilk dəfədir ki, iştirak edirəm. Düşünürəm ki, öz üzərində işləyən, yeniliklərə açıq düşüncə tərzi ilə yanaşan hər bir müəllim üçün imtahanın təşkili olduqca önəmlidir. Ailədə 3 nəfərin eyni anda sertifikatlaşdırma imtahanına hazırlaşması aramızda öyrədici mühitin, rəqabət şəraitinin formalaşmasına şərait yaratdı, bəlkə də bu, uğur qazanmağımızı şərtləndirdi. Valideynlərimin də müəllim olması bizə böyük şans verdi”.
Növbəti yüksək nəticə göstərən ailə üzvü Nərgiz Əliyevadır. Nərgiz xanım Ağcabədi şəhəri S.Vurğun adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. 2018-ci ildə ADPU-nun Ağcabədi filialını bitirib, MİQ imtahanında 57 bal toplayıb:
.jpg)
“Bu dəfə isə sertifikatlaşdırma imtanında əldə etdiyim nəticə 59 bal oldu. Bu göstərir ki, MİQ vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin sertifikatlaşdırmada uğur qazanma şansı çoxdur və mənim nəticəm də bunu təsdiqləyir”.
Müəllim qeyd edib ki, sertifikasiya imtahanı təhsilimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir: “Özümü imtahana tam hazır hiss edirdim. 50 balı ixtisas suallarından toplamışdım. İmtahan çox rahat idi. Suallar məktəb mövzularından kənara çıxmamışdı. Hər səviyyə üzrə suallar var idi. Öz üzərində çalışan müəllimlərin nailiyyət qazana biləcəyi suallar idi, belə deyək”.

İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










