Bir milyonluq yeyintiyə görə 8 il həbs verildi

“Rifah Qrup” MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühasibi Samirə Zeynalovanın məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, S.Zeynalova 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xanım müttəhim ittihamları qəbul etməyib. O, “Rifah Qrup”un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz hərəkətlərindən xəbərdar olduğu üçün cəzalandırıldığını deyib.
S.Zeynalova deyib ki, uçot bazasına əsasən, E.Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb. Zeynalova son sözlərində şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsini xahiş edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












