Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK

Birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləği minimum aylıq əməkhaqqının min mislindən artıq olmayacaq.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar.
Dəyişikliyə əsasən isə büdcə ili və ya müqavilə ili ərzində sığorta olunanların sayında, kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq büdcə və ya müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanacaq.
Həmçinin büdcə ili ərzində yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən yeni sığortalı yarandıqda müvafiq büdcə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə hesablanmış sığorta haqları, habelə yuxarıda nəzərdə tutulan sığorta olunanlara münasibətdə yuxarıdakı abzasa uyğun olaraq yenidən hesablanmış sığorta haqları hesablanmaya əsas olan halın yarandığı tarixdən 15 iş günü müddətində ödəniləcək.
Bununla yanaşı, yuxarıda nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla hesablanacaq.
Sığorta vəsaitləri son 24 ayda yuxarıda müəyyən edilmiş sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər hesabına da formalaşacaq.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










