Birinci sinfə qəbulla bağlı seçimlərə start verildi

Bu gün saat 11:00-dan etibarən rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə start verilib.
Bu barədə Avtosfer.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.
Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ. Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T. Həsənov adına 23 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi, T. İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.
Qeyd edək ki, bu məktəblərə prioritetlərə uyğun üstünlüyü olan uşaqlar üçün məktəb seçimi, prioritetə malik olmayan uşaqlar üçün isə qəbul üzrə müsabiqəyə qeydiyyat prosesi həyata keçirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












