"Biz artıq öz səhvlərimizdən öyrənməyə hazırıq" - Rəşad Nəbiyev

"Süni intellekt, kibertəhlükəsizlik və informasiya texnologiyaları ilə ayaqlaşmalıyıq. Amma mənim üçün hökuməti çox statik bir qurum kimi düşünmək doğru deyil. Bu gün ən böyük çətinlik zamanlama tələsidir. Əgər biz çox tez tənzimləmə aparsaq, innovasiyanı boğmaq riski ilə üzləşə bilərik. Əgər çox gözləsək, o zaman artıq idarə edə bilməyəcəyimiz bir çox risklərin ortaya çıxdığını görə bilərik".
Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumunda "Rəqəmsal Gələcək: Süni İntellekt, İdarəetmə və İnnovasiyanın Etikası" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
Nazir vurğulayıb ki, ona görə də əsas vəzifə hökumətin ən uyğun balans nöqtəsini tapmaqdır:
"Yəni qaydalar bir tərəfdən innovasiyanı inkişaf etdirmək üçün kifayət qədər çevik olmalı, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və ümumilikdə insanları qorumaq üçün yetərincə güclü olmalıdır. Bunun yolu isə hökumətin dövri yanaşma ilə işləməsidir: aydın qaydalar müəyyənləşdirmək, onları real şəraitdə sınaqdan keçirmək, edilən səhvlərdən dərs çıxarmaq, və sonra hüquqi və tənzimləyici çərçivəni davamlı şəkildə yeniləmək.
Azərbaycanda biz də bunu tətbiq etməyə çalışırıq. Yaxşı xəbər odur ki, biz artıq öz səhvlərimizdən öyrənməyə hazırıq və qəbul edirik ki, praktikada baş verə biləcək hər şeyi əvvəlcədən görmək və ilk gündən qanunvericiliyə daxil etmək mümkün deyil. Buna görə də zaman-zaman qanunvericiliyi və tənzimləyici çərçivəni dəyişdirməyə hazır olmaq lazımdır.
Son bir neçə il ərzində biz: rəqəmsal strategiyamızı, kibertəhlükəsizlik strategiyamızı və süni intellekt strategiyamızı qəbul etmişik.
Bunları praktikada tətbiq etmişik, etdiyimiz səhvlərdən öyrənmişik və yaxın zamanda baxışımızı yeniləyərək əvvəlki dövrdə etdiyimiz səhvləri əks etdirən yeni bir sənəd də qəbul etmişik".
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












