Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi - YENİLƏNİB

Bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a xüsusi ittihamçının vəkili Seymur Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasımda xüsusi ittihamçının şikayəti icraata götürülərək məhkəmə araşdırmasına təyin edilib.
Məhkəmənin növbəti iclası avqustun 6-na təyin edilib.
Xatırladaq ki, bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.
Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə Hüseynova Sevinc Bağman qızının Bayramova Səidə Bəkir qızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb.
Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib.
***09:16
Bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızını növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a blogerin özü məlumat verib.
Onun sözlərinə görə, jurnalisti məhkəməyə verməyinin səbəbi sosial şəbəkələrdə onun şərəf və ləyaqətinin alçadılmasıdır.
Proses iyulun 29-da Sumqayıt şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.
Prosesə hakim Elman Əhmədov sədrlik edəcək.
Xatırladaq ki, bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.
Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə Hüseynova Sevinc Bağman qızının Bayramova Səidə Bəkir qızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb.
Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












