Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı

Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq ev almaq istəyib, lakin dələduzluqla üzləşdiklərini bildiriblər. Onlar “Daşqın əmlak ofisi” adlı şirkətin onların külli miqdarda pulunu mənimsədiklərini iddia ediblər. Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə sakinlərin şikayətlərinə cavab veriləcəyini və onlardan alınan pulların mərhələli şəkildə geri ödənəcəyini bildirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












