BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərində Bakı şəhərində "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Bu barədə Avtosfer.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından səmərəli addım olub. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir.
Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı 10-a çatıb.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












