“BMW”dən ətir və pul oğurlayan 2 yeniyetmə saxlanıldı

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.
Araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












