BNF Azərbaycanın şəhər nəqliyyatı islahatlarını nümunə kimi təqdim edib - FOTO

Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Səmərəli şəhər nəqliyyatının təmin edilməsi üçün tələbin idarə olunması” adlı yeni tədqiqat hesabatını dərc edib.
Avtosfer.az xəbər verir ki, qlobal urbanizasiya fonunda hazırlanan hesabatda BNF proqnozlaşdırır ki, mövcud tendensiyalar davam edərsə, 2025-2060-cı illər arasında şəhərlərdə nəqliyyat vasitələrinin qət etdiyi məsafə 69%, sərnişin-kilometrlə ifadə olunan nəqliyyat tələbi isə 81% artacaq. Bu kontekstdə Azərbaycanın, xüsusilə Bakının son illər həyata keçirdiyi şəhər mobilliyi islahatlarına hesabatın müxtəlif bölmələrində geniş istinad olunub.
Nəqliyyatı Əlaqələndirmə Şurası – vahid idarəetmə modeli
Hesabatın çoxsəviyyəli koordinasiyaya həsr olunan hissəsində 2023-cü ildə Prezidentin Fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası Azərbaycanda institusional koordinasiyanın nümunəsi kimi təqdim edilib. Hesabatda vurğulanıb ki, bu mexanizm operatorlar, tənzimləyici və planlaşdırma qurumları arasında vahid qərarvermə çərçivəsi yaradaraq avtobus, metro, dəmir yolu, mikromobillik və piyada infrastrukturunun ayrı-ayrılıqda deyil, vahid şəhər mobilliyi sisteminin tərkib hissələri kimi planlaşdırılmasını təmin edir. Şuranın fəaliyyəti nəticəsində avtobus parkının genişləndirilməsi, metro şəbəkəsinin inkişafı, dəmir yolu xidmətlərinin modernləşdirilməsi və nəqliyyat qovşaqlarında ilk və son kilometr bağlantılarının yaxşılaşdırılmasına yönələn qərarlar əlaqələndirilib.
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu – dayanıqlı maliyyələşdirmə nümunəsi
Hesabatın şəhər nəqliyyatının uzunmüddətli maliyyələşdirilməsinə həsr olunan bölməsində Azərbaycanın yaratdığı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu konkret nümunə kimi göstərilib. Fondun modeli yol vergilərindən daxilolmaların bir hissəsini, habelə gələcəkdə şəhər yollarında tətbiq oluna biləcək ödənişli hərəkət mexanizmlərindən əldə ediləcək gəlirləri ictimai nəqliyyatın maliyyələşdirilməsinə yönəltməyi nəzərdə tutur. BNF bu təcrübəni nəqliyyat siyasəti alətlərindən əldə olunan gəlirlərin dayanıqlı mobilliyə yönəldilməsi baxımından örnək kimi qiymətləndirib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












