Bolt Akademiya yol hərəkəti təhlükəsizliyi üzrə genişmiqyaslı sosial layihəyə start verdi - FOTO

Bolt şirkəti tərəfindən təsis olunan “Bolt Akademiya” təşəbbüsü çərçivəsində ölkənin bütün regionlarını, o cümlədən ucqar rayonlarını əhatə edən yol hərəkəti təhlükəsizliyi üzrə genişmiqyaslı sosial layihəyə start verilib.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məktəblərdə və peşə təhsil müəssisələrində maarifləndirici təlimlər keçiriləcək. Təlimlərin məqsədi şagird və tələbələrin yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və praktiki bacarıqlarını artırmaq, eyni zamanda məsuliyyətli və innovativ yanaşmanı təşviq etməkdir.
Layihənin ilk mərhələsi fevral ayında Xaçmaz Peşə Məktəbində baş tutub. Tədbir məktəbin direktoru Məmmədov Tural rəhbərliyi ilə təşkil olunub. Bolt Akademiyanı təlimçi qismində Dövlət Əlaqələri üzrə rəhbər Maarifə Paşayeva təmsil edib və iştirakçılarla təhlükəsizlik mövzusunda interaktiv sessiya keçirib.
Layihənin yekun mərhələsi may ayında keçiriləcək “Təhlükəsizlik Startap Finalı” olacaq. Bu müddət ərzində iştirakçı məktəblər və tələbələr təhlükəsizlik mövzusunda startap ideyaları hazırlayaraq təqdim edəcəklər. Final mərhələsində ən innovativ və perspektivli layihələr qiymətləndiriləcək.
Bolt Akademiyanın bu təşəbbüsü şirkətin korporativ sosial məsuliyyət prinsiplərinə sadiqliyini və ölkədə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə verdiyi töhfəni əks etdirir.
Bolt-un Dövlət Əlaqələri üzrə rəhbəri Maarifə Paşayeva bildirib:
“Yol hərəkəti təhlükəsizliyi yalnız qaydaların öyrədilməsi deyil, düşüncə tərzinin formalaşdırılmasıdır. Gənclərin bu sahədə həm məlumatlı, həm də təşəbbüskar olmaları gələcəkdə daha təhlükəsiz mühitin qurulmasına töhfə verəcək. ‘Bolt Akademiya’ vasitəsilə biz regionlarda maarifləndirməni gücləndirməyi və innovativ ideyaların yaranmasını təşviq etməyi hədəfləyirik.”


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












