Bolt Azərbaycan şirkətinin təmsilçiləri Qazaxıstan–Estoniya forumunda iştirak edib - FOTO

Bolt şirkətinin Azərbaycan komandası rəsmi dəvət əsasında Estoniya Respublikasının Prezidentinin Qazaxstan Respublikasına rəsmi səfərinə qoşulmuş və yüksək səviyyəli Estoniya dövlət və biznes nümayəndə heyətinin görüşlərində və Estoniya Prezidentinin Qazaxıstana rəsmi səfəri çərçivəsində təşkil olunan biznes forumunda Bolt şirkətinin təmsilən iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, rəsmi səfər 16–19 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib. Ayın 18-də keçirilən biznes forum çərçivəsində isə Bolt şirkəti ilə Almatı şəhərinin İcra hakimi arasında mobillik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bu saziş mobillik xidmətlərinin genişlənməsi və şəhər nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər dayanıqlı və ağıllı nəqliyyat sistemlərinin qurulması, innovativ mikromobillik həllərinin tətbiqi və şəhər sakinləri üçün daha əlçatan nəqliyyat imkanlarının yaradılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Forum çərçivəsində həmçinin iki ölkənin prezidentləri görüşərək iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Liderlər regionda rəqəmsal texnologiyaların, mobillik xidmətlərinin və şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin əsas məqsədi iki ölkə arasında biznes əlaqələrini gücləndirmək, qarşılıqlı investisiya imkanlarını artırmaq və texnoloji yeniliklərin tətbiqində əməkdaşlığı dərinləşdirmək olub.
Tədbirdə Bolt şirkətini Azərbaycanın nümayəndə heyəti tərkibində bir neçə yüksək vəzifəli şəxs təmsil edib: Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov, Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri Maarifə Paşayeva və Bolt şirkətinin Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
















