"Bolt" for Business Baku Film & Comic Con-a dəstək verir

“Game of Thrones” və “Stranger Things” ulduzu Bakıya gəlir
Avtosfer.az xəbər verir ki, sentyabrın 13-də Baku Ekspo Mərkəzində keçiriləcək “Baku Film & Comic Con” kino, serial, komiks, anime, oyun və kospley həvəskarlarını bir araya gətirəcək. Tədbirin tərəfdaşlarından biri olan Bolt for Business qonaqların məkana daha rahat gediş-gəlişinə dəstək verəcək.
Festivalın əsas qonaqlarından biri “Game of Thrones” serialında Jaqen H’ghar və “Stranger Things”də Dmitri “Enzo” Antonov obrazları ilə tanınan dünya şöhrətli aktyor Tom Vlaşixa olacaq. Tədbir çərçivəsində təşkilatçılar Bolt for Business-in korporativ idarəetmə platforması vasitəsilə qonaqlar üçün xüsusi gediş endirimləri təqdim edə biləcəklər.
“Baku Film & Comic Con” proqramına səhnə müsahibələri, kospley şousu, K-POP müsabiqəsi, oyun turnirləri, master-klaslar, anime məhsullarının yarmarkası və 20-dən çox interaktiv zona daxildir.
Bolt for Business şirkətlərə və təşkilatlara əməkdaşların, qonaqların və tərəfdaşların işgüzar səfərlərini vahid platformadan idarə etməyə imkan verən həll təqdim edir. Platforma vasitəsilə səfərlərin təşkili, gedişlərin idarə olunması və xərclərə nəzarət daha sadə və çevik həyata keçirilə bilər.
Bolt üçün belə tədbirlərə dəstək yalnız məkana gediş-gəlişi asanlaşdırmaq deyil, həm də iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim etmək deməkdir. “Baku Film & Comic Con” kimi geniş auditoriyanı bir araya gətirən tədbirlərdə bu, həm qonaqların məkana daha rahat çatmasına, həm də parklanma və nəqliyyat yükünün azalmasına töhfə verə bilər. Bolt for Business isə təşkilatçılara qonaqların gedişlərini daha çevik şəkildə idarə etməyə və onlar üçün xüsusi nəqliyyat imkanları təqdim etməyə kömək edir.
13 sentyabrda Baku Ekspo Mərkəzində keçiriləcək “Baku Film & Comic Con” ziyarətçilərə kino və serial dünyasının məşhur simaları ilə görüşmək, müxtəlif əyləncə zonalarını kəşf etmək və pop-mədəniyyət atmosferini yaşamaq imkanı verəcək.
Biletlər iTicket.az üzərindən əldə edilə bilər.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












