Britaniya “Zəngəzur” gəmisinin sanksiyasını ləğv etdi - YENİLƏNİB

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus “Aframax” tipli "Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
Müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən 7 iyul 2026-cı il tarixində qəbul olunub.
Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa”, "Qarabağ”, "Xankəndi”" və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.
***12:53
Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb.
Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi.
Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












