BTQ layihəsi tamamlanıb, istismara hazırlanır - GDY

Bakı-Tbilisi-Qars layihəsi faktiki olaraq tamamlanıb və hazırkı mərhələdə onun istismara verilməsi üzrə işlər aparılır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze bildirib. Onun sözlərinə görə, hazırda istismara vermə və təhvil-təslim üçün lazımı sənədlərin hazırlanması prosesi gedir.
Abaşidze BTQ layihəsinin Gürcüstan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:
“Bu infrastruktur layihə bizi Türkiyə ilə birbaşa əlaqələndirəcək və Gürcüstan istiqamətində əlavə yük axınlarının cəlbinə imkan verəcək”.
SC rəhbəri həmçinin bildirib ki, Orta Dəhlizin səmərəliliyinin və daşınmaların sürətinin artırılması istiqamətində iştirakçı ölkələrlə fəal iş aparılır. “Dəhliz vasitəsilə Çindən konteyner daşımalarında artım təqribən 40-50% təşkil edir. Bu, kifayət qədər əhəmiyyətli artımdır. Biz yaxın illərdə daha çox artımın olacağını gözləyirik”, - Abaşidze əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ layihəsinin təntənəli açılışının çox tezliklə baş tutacağını bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












